“Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması” haqqında model qanun layihəsinin hazırlanmasını nəzərdə tuturuq”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən 8-ci iclasında komissiyanın sədri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov deyib.
Deputat qeyd edib ki, tütün məmulatlarından istifadənin məhdudlaşdırılması aktual məsələlərdəndir:
“Təklif edirik, bu istiqamətdə qanun layihəsi hazırlansın”.
Komissiya üzvləri qanun layihəsinin hazırlanmasına müsbət rəy bildiriblər.
www.102info.az