Məşhur tennisçi Novak Cokoviç ABŞ-də keçiriləcək “Indian Wells Masters” turnirində iştirak edə bilməyəcək.
Turnirin yaydığı açıqlamada dünya tennisinin 1 nömrəsinin mübarizədən imtina etmək məcburiyyətində qaldığı bildirilib.
Buna səbəb onun koronavirus əleyhinə peyvənd olunmamasıdır. Peyvənd vurdurmadığı üçün ABŞ Cokoviçə viza verməyib.
Mənbə: “NTV Spor”
www.102info.az