Dünyanın ən hündür zirvəsinə təkadamlıq səfər qadağan edildi, qiymət qaldırıldı

Maraqlı

Aprelin 1-dən Nepalda xarici turistlərdən bələdçi olmadan dağlarda fərdi səfərlər qadağan ediləcək.

Bu barədə ölkənin Turizm Şurasının direktoru Maniraj Lamihane deyib.

O, bildirib ki, qərar turistlərin maraqları və onların təhlükəsizliyi üçün qəbul edilib.

“Səyahətçilər təkbaşına bir marşruta getdikdə, onlar aza və gözlənilməz çətinliklərlə qarşılaşa bilərlər, buna görə də aprelin 1-dən dağ gəzintilərində bələdçilərin müşayiəti məcburidir”, – deyə Lamihane vurğulayıb.

Həmçinin bu tarixdən etibarən xarici turistlər planetin ən yüksək dağlarında marşrutdan keçmək üçün lazımi icazəni (TIMS) yalnız turizm şirkəti vasitəsilə ala bilərlər. Bundan əlavə, turizm şurası TIMS kartının qiymətini qaldırıb: aprelin 1-dən o, iki dəfə artaraq iki min rupiyə (41,6 manat) çatacaq.

Qeyd edək ki, ərazisinin  6/7 hissəsini Himalay dağları silsiləsi tutan Nepalda dünyanın ən yüksək zirvələri – Everest və Annapurna yerləşir. Bundan başqa ölkənin dağlıq yerində olan səkkiz zirvənin hündürlüyü 8000 metrdən yüksəkdir (dünyada belə zirvələrin sayı 14-dür).

Mənbə: Lenta.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir