Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Çempionlar Liqasının 2022-23-ci il mövsümünün İstanbulda keçiriləcək final oyununda istifadə ediləcək rəsmi topun təqdimatını edib.
Bu barədə məlumat UEFA-nın rəsmi “Twitter” səhifəsində dərc edilib.
“Top ağ, mavi və sarı rənglərlə işlənilib və üzərindəki naxışlar İstanbulun mədəni irsinə hörmət ehtiva edir”, – UEFA-nın sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.
Qeyd edək ki, Çempionlar Liqasının 2022-23-ci il mövsümünün final oyunu iyunun 10-da İstanbuldakı Olimpiya Stadionunda baş tutacaq.
The #UCL Pro Ball pays tribute to the cultural heritage of Istanbul 🇹🇷@adidasfootball | #createdwithadidas pic.twitter.com/ocyc9ON5wD
— UEFA Champions League (@ChampionsLeague) March 6, 2023
www.RIA24.az