Türkiyənin “IC Ictas” şirkəti Qərbin sanksiyalarının sərtləşdirilməsi fonunda “İki paytaxt magistralı” şirkətində olan kapital payını satıb. Onun payını isə yol operatorunun baş direktoru alıb.
Bu şirkət M-11 Moskva-Sankt-Peterburq avtomobil yolunun bir hissəsinin tikintisi ilə məşğul olub və hazırda bu magistraldan ödənişlər əldə edib.
“Egrul” Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinin məlumatlarından bu qənaətə gəlinib.
“IC Ictas” “Rusmoststroy” şirkəti vasitəsilə “İki paytaxtın magistralı”nın 10,5%-nə nəzarət edib. Martın 3-dən etibarən bu payın sahibi “İki paytaxtın magistralı”nın baş direktoru Aleksey Nikiforov olub.
Şirkətin mətbuat xidmətindən bildirilib ki, “Rusmoststroy”un payının satışı yolun tikintisinin başa çatması ilə bağlıdır.
“Rusmoststroy” M-11 “Neva” avtomobil yolunun yeddinci və səkkizinci mərhələlərinin tikintisinin baş podratçısı olan “IC Ictas” şirkətinin tərkibinə daxildir”, – deyə şirkətdən əlavə edilib. Yolun tikintisi hələ 2019-cu ildə başa çatıb, lakin Türkiyə podratçısının şirkətdən geri çəkilmək kimi planları barədə məlumat olmayıb.
Payın satışı üzrə sövdələşmə nağd pulla aparılıb, lakin onun şərtləri, o cümlədən qiymət barədə “İki paytaxtın magistralı” şirkətinin mətbuat xidmətindən açıqlama verilməyib.
“İki paytaxtın magistralı” 2021-ci il üçün gəliri 671 milyon rubl təşkil edib (zərər – 870 milyon rubl). Bu isə 2020-ci ilə nisbətən demək olar ki, 15% azdır.
Şirkətin xalis aktivləri, hesabatlara görə, 75 milyard rubl təşkil edir. 2022-ci il üçün məlumatlar hələ açıqlanmayıb.
Mənbə: RBC.ru
www.102info.az