Dünən Ərdəbildə güclü toz səbəbindən təhlükəli vəziyyət elan edilib. Bununla da bu gün Ərdəbilin məktəb və universitetləri fəaliyyət göstərməyəcək.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.
Qeyd edilib ki, ofislər saat 10:00-dan etibarən işə başlayacaq.
Ərdəbil vilayətində tozlu hava şəraiti axşam saatlarına qədər davam edəcək.
www.102info.az