Banqladeşin paytaxtı Dəkkə şəhərində bir binada partlayış baş verib.
Nəticədə azı səkkiz nəfər ölüb, 100-ə yaxın insan yaralanıb. Partlayış nəticəsində yaxınlıqdakı evlərə də ziyan dəyib.
Hazırda yanğınsöndürənlər hadisə yerindədirlər.
Partlayışın səbəbləri araşdırılır.




Mənbə: “The Daily Star”
www.102info.az