İran hökuməti 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hüquq mühafizə orqanlarına xüsusi tapşırıqlar verib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.
Belə ki, hökumət Qərbi Azərbaycan əyalətinin Sınandaş (Sənnəndəc) şəhərində 8 Mart – Beynəlxalq Qadınlar Günü keçirilməsini nəzərdə tutan aksiyanın qarşısını almaq məqsədilə canlı qüvvələrini səfərbər edib.
Polis qadınların küçələrdə toplu halda yığışmasının qarşısını alıb, ciddi təhlükəsizlik tədbirləri həyata keçirib.
www.102info.az