“Vaqner” qrupunun tərkibini artırmaq üçün kifayət qədər qüvvə yoxdur. Ukraynaya yönləndirilən bu qüvvələr Baxmutda və digər hərbi toqquşma bölgələrində əhəmiyyətli itkilərə məruz qalır”.
Bunu ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki Sedrik Leyton deyib.
Onun sözlərinə görə, Baxmut “Vaqner” qrupu muzdlularının iştirak edəcəyi son döyüş meydanı ola bilər.
“Baxmut “Vaqner”in son döyüşü ola bilər. Onlar da ukraynalılar kimi çoxlu şəxsi heyət, silah və sursat itirirlər. Ola bilər ki, artıq indi onların hərbi və silah ehtiyatları başa çatmaq üzrədir”, – deyə hərbi tədqiqatçı açıqlama verib.
Mənbə: CNN
www.102info.az