ABŞ-nin müdafiə naziri İsraildə rəsmi görüşü aeroportda keçirməli olacaq

Dünya

ABŞ-nin müdafiə naziri Lloyd Ostin İsrailə gedib.

O, endiyi Ben-Qurion hava limanını Təl-Əvivdə davam edən etirazlar səbəbindən tərk etməyəcək, İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantla elə hava limanında görüş keçirəcək.

Netanyahu hökumətinin məhkəmə islahatlarına etiraz edən izdiham Təl-Əviv hava limanına gedən magistral yolun girişlərini bağlayıb. Netanyahu bu gün Romaya səfər etməli idi. Polis etirazçıları su şırnaqları ilə dağıtmağa hazırlaşır.

Hayfa və İsrailin digər şəhərlərində də islahat əleyhinə kütləvi etirazlar keçirilir.

Fevralın 20-də İsrail parlamenti məhkəmə islahatları haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib. İsraildə deyirlər ki, bu, hakimiyyətin üç qolu arasında tarazlığı hökumətin xeyrinə pozur.

Mənbə: Reuters

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir