UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçları keçirilir.
Oxu.Az-ın məlumatına görə, ikinci oyun gününün ilk seansında daha üç qarşılaşma baş tutub.
İngiltərənin “Vest Hem” klubu Kiprdə Larnaka AEK-inin qonağı olub. Matç ingilislərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qolu ilk hissədə Maykl Antonio vurub.
“Nitsa” (Fransa) Moldovada “Şerif”in qonağı olub. Fransızlar rəqib meydanında minimal hesabla qələbə qazanıb – 1:0. Yeganə qolu 45+3-cü dəqiqədə Ayub Amraui vurub.
İspaniyanın “Vilyarreal” klubu isə Belçikada “Anderlext”in qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib. İspanlar 28-ci dəqiqədə Manu Triqerosla hesabı açsalar da, meydan sahiləri ikinci hissədə tarazlığı təmin etməyi bacarıblar.
UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
9 mart
21:45. AEK (Larnaka, Kipr) – “Vest Hem” (İngiltərə) – 0:2
Qollar: M.Antonio, 36, 45+2
21:45. “Şerif” (Moldova) – “Nitsa” (Fransa) – 0:1
Qol: Ayub Amraui, 45+3
21:45. “Anderlext” (Belçika) – “Vilyarreal” (İspaniya) – 1:1
Qollar: A.Dreyer, 57 – M.Triqeros, 28
Qeyd edək ki, 1/8 finalın ilk oyunu martın 8-də İtaliyada “Latsio” və Niderlandın “AZ Alkmar” komandaları arasında keçirilib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:2.
www.102info.az