Bu gün Caliber.Az informasiya-analitik portalının iki yaşı tamam olur. Sayt 10 mart 2021-ci ildə fəaliyyətə başlayıb.
Caliber.Az rus, ingilis və erməni dillərində fəaliyyət göstərir. Oxucuları dünyada baş verən ən aktual xəbərlərlə təmin edir, analitik məqalələr, müsahibələr, videomateriallar hazırlayır.
İki il o qədər də uzun müddət olmasa da, Caliber.Az bu qədər qısa müddətə həm Azərbaycanda, həm də xaricdə nəinki oxunaqlı, həm də hörmətli, istinad edilən sayta çevrilib. İki il ərzində onlar dörd mindən çox analitik məqalə, müsahibə və reportaj hazırlayıblar.
Oxu.Az kollektivi olaraq biz də həmkarlarımızı təbrik edir və onlara böyük uğurlar arzulayırıq!
www.102info.az