Mart ayının 9-da saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 61 kiloqram 810 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
www.102info.az