Gürcüstanda iğtişaşlar zamanı 60-a yaxın polis xəsarət alıb

Dünya

Tbilisidəki etiraz aksiyalarında iğtişaşlar zamanı Daxili İşlər Nazirliyinin 58 əməkdaşı xəsarət alıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin rəisi Teymuraz Kupatadze məlumat verib.

Onun sözlərinə görə, DİN-in beş əməkdaşı aldığı xəsarətlərə görə xəstəxanalara yerləşdirilib.

“Daxili İşlər Nazirliyinin beş əməkdaşı müxtəlif tibb müəssisələrində müalicə olunur. Onların həyatları təhlükədə olmasa da, ağır bədən xəsarətləri – yanıq və yaralar alıblar”, – deyə Kupatadze bildirib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir