İspaniya Prokurorluğu “Barselona”nı korrupsiyada ittiham etdi

Dünya

İspaniya Prokurorluğu “Barselona” futbol klubuna ittiham irəli sürüb.

Hakimlərin Texniki Komitəsinin (CTA) keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra, “Barselona”nın keçmiş prezidentləri Sandro Rossel və Xosep Mariya Bartomeu və onların direktorları Oskar Qrau və Albert Soler, həmçinin hüquqi şəxs kimi “Barselona”nın özü prokurorluq tərəfindən ittiham olunub.

Onların idman fırıldaqçılığı, saxta idarəçilik və sənədlərin saxtalaşdırılması şəklində biznes korrupsiya cinayətləri törətdikləri bildirilir.

Prokurorluq qeyd edir ki, “Barselona” Sandro Rossel və Xosep Mariya Bartomeu vasitəsilə təqsirləndirilən Enrikes Neqreyra ilə ciddi məxfi şifahi razılaşma əldə edib və bu razılaşmanı qüvvədə saxlayıb.  

Neqreyra isə klub tərəfindən keçirilən matçlarda pul müqabilində hakimlərin qərarlarlarına təsir edərək yarışın nəticələrinin “Barselona”nın xeyrinə dəyişməsinə nail olub.

Həmçinin Neqreyra dövlət və peşəkar səviyyəli rəsmi İspan yarışlarının hər bir matçına CTA çərçivəsində təyinat alan hakimlər, onların rütbələrinin aşağı salınması və yüksəldilməsi, habelə beynəlxalq arbitrliyə namizədlərin təklifi kimi qərarların verilməsinə təsir göstərib.

İstintaq hesab edir ki, 2001-2018-ci illər arasında Neqreyra hakimlərlə bağlı “Barselona”ya məsləhət verdiyinə görə 6,6 milyon avrodan çox pul alıb.

Neqreyra özü artıq ifadə verib və bildirib ki, nağd ödənişlər konsultasiya qarşılığında verilib və hakimlərin “Barselona” ilə daha yaxşı rəftar etmələri üçün rüşvət deyil.

Mənbə: Sport-express.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir