Cəfər Hüseynzadə: “Bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər” – FOTO

Müharibə

“2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər”.

Bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə “Twitter” hesabında yazıb.

O bildirib ki, Rusiya sülhməramlılarının dəstəyi ilə Ermənistan öz qoşunlarını Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa köçürməkdə davam edir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi daha əvvəl Ermənistandan Rusiya sülhməramlı kontingentinin müşayiəti altında Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa qanunsuz silah daşınmasına dair məlumat yaymışdı.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir