Almaniyada Milli Təhlükəsizlik Şurası yaradılmayacaq

Dünya

Almaniyanın koalisiya hökuməti Milli Təhlükəsizlik Şurasının yaradılması ilə bağlı razılığa gələ bilməyib.

Məlumata görə, buna quruma kimin rəhbərlik edəcəyi və onun necə işləyəcəyi ilə bağlı fikir ayrılıqları səbəb olub.

Milli Təhlükəsizlik Şurasının yaradılması ilə bağlı müzakirələrin Almaniyanın yeni milli təhlükəsizlik strategiyası ilə bağlı olduğu bildirilir. Sənəd fevralın 17-də baş tutmuş Münhen Konfransınadək qəbul edilməli idi.

Lakin deyilənlərə görə, bu məsələdə kansler Olaf Şoltsla xarici işlər naziri Annalena Berbok arasında ciddi fikir ayrılığı var. Belə ki, Xarici İşlər Nazirliyi səlahiyyətlərin bir hissəsini kanslerliyə vermək istəmir. Şoltsun kabinetində isə təkbaşına qərar qəbul edə bilən Milli Təhlükəsizlik Şurasının Xarici İşlər Nazirliyinə tabe olmasına qarşı çıxırlar. Yaşıllar Partiyası XİN-in siyasi rolunun azalacağından ehtiyat edir və şuraya növbə ilə müxtəlif nazirliklərin rəhbərlik etməsini təklif edir.

Tərəflər müdafiə xərcləri ilə bağlı da razılığa gələ bilmirlər.

Mənbə: mk.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir