15 yaşlı qızını zorla ərə verən ana saxlanıldı

Hadisə

Gürcüstanın əsasən azərbaycanlıların yaşadığı Qardabani rayonunda yeniyetmə qızı qaçırmaqda ittiham olunan 4 nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaq zamanı müəyyən olunub ki, Qardabaninin kəndlərindən birində 1997-ci il təvəllüdlü gənc anası və ona yaxın olan iki qadınla birgə 15 yaşlı qızı nikaha daxil olmaq məqsədilə azadlıqdan məhrum ediblər.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin yeniyetmənin qanunsuz olaraq azadlıqdan məhrum edilməsi maddəsi üzrə davam etdirilir. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir