Şəkidə qatar yük maşınını vurub

Cəmiyyət

Şəkidə qatar yük maşınını vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında Yevlax-Balakən dəmiryol xəttinin Şəki rayonu Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan qatar Şəki rayonu Qaraqoyunlu kənd sakini, 1965-ci il təvəllüdlü Zəkəriyyə Məhərrəm oğlu Məmmədovun idarə etdiyi “QAZel” markalı xırdatutumlu yük maşınını vurub.

Qəza zamanı sürücü Z. Məmmədovun yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love