Fransada silahlı əsgərlər ələ keçirilən şəhəri “geri aldı” – FOTO/VİDEO

Dünya

Fransanın Kahor şəhərində “Orion23” təlimi çərçivəsində döyüşlər canlandırılıb.

Fevralın 25-də Fransada başlayan və NATO müttəfiqlərinin iştirakı ilə həyata keçirilən “Orion23” təlimi başa çatıb.

Fransa, ABŞ, İtaliya, İspaniya, Belçika və İngiltərədən 7 min əsgərin qatıldığı təlimin son mərhələsi Fransanın Kahor şəhərində keçirilib.

Təlimdə əsgərlər boş güllə, səs və tüstü bombalarından istifadə etdiyi bir zamanda mülki vətəndaşlar gündəlik həyatlarına davam ediblər. Ətrafdakılar tərəfindən qeydə alınan görüntülərdə əsgərlərin döyüşlərə davam etdiyi əsnada avtomobillərin və mülki şəxslərin yoldan keçdiyi əks olunub.

Əsgərlər təlim ssenarisi çərçivəsində ələ keçirilən şəhəri geri alıblar.

Son illərdə şəhər mühitində keçirilən ən böyük təlim olan “Orion23”ün Kahordakı mərhələsinə minə yaxın əsgər qatılıb.

Mənbə: TRTHaber

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir