Moldovada nümayişlər davam edir – VİDEO

Dünya

Moldovada nümayişçilər vətəndaşların mənzil-kommunal xidmətlərinə görə ödəniş etmək tələbinə hökumətin cavab verməməsi səbəbindən yolları bağlamağa başlayıblar.

Bir qrup insan Daçiya bulvarındakı piyada keçidində dayanıb.

“Hökumət tələbimizə müsbət cavab verməsə, bütün ölkə yollarını bağlayacağıq. Hər gün sürprizimiz olacaq”, – deyə müxalif “Şor” partiyasının sədr müavini Marina Tauber bildirib.

Məlumata görə, bugünkü aksiyalarda Edinet və Unqeni şəhərlərinə girişlər bağlanıb.

Qeyd edək ki, Moldovada qaz qıtlığı və enerji resurslarının bahalaşması ilə bağlı problemlər fonunda yaranmış fövqəladə vəziyyət hökm sürür. Fevralın 4-də rejim 60 gün uzadılıb.

Mənbə: iz.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir