Ağdam rayonunun Qalayçılar kəndi Qabartı çayının hər iki sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir.
Kənd 1993-cü il iyunun 16-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Qalayçılar kəndinin görüntülərini təqdim edir.
www.102info.az