Babək rayonunda maşın aşıb, ölən var

Cəmiyyət

Babək rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Badaşqan kəndi ərazisində baş verib.

1997-ci il təvəllüdlü Babək rayon Zeynəddin kənd sakini Elman Əsədovun idarə etdiyi “Daewoo” markalı avtomobil aşıb. Nəticədə avtomobilin sürücüsü ölüb, sərnişin – 2001-ci il təvəllüdlü Zeynəddin kənd sakini Qasım Quliyev isə ağır xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir