Füzulinin Qayıdış qəsəbəsində YANĞIN

Cəmiyyət


Füzuli rayonunun 8 №-li Qayıdış qəsəbəsində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, qəsəbədə ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları 90 kvadratmetr sahədə və dam örtüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.102info.az