Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb – VİDEO

Siyasət


Azərbaycanın Baş naziri Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunur ki, tərəflər Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə Bakıda keçiriləcək çoxtərəfli görüşün əhəmiyyətini vurğulayıblar.

Azərbaycanda gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatların idarəetmənin təkmilləşdirilməsinə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaratdığı bildirilib.

Görüş zamanı Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir