Damyan Krneviç: “Makron başa düşməlidir ki, Bakı ilə İrəvan arasındakı sülh prosesində ona yer yoxdur” – VİDEO

Siyasət


Fransa Prezidenti Emmanuel Makron başa düşməlidir ki, Azərbaycanla Ermənistan arasındakı sülh prosesində onun ciddi təsiri yoxdur.

Bu barədə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Tədqiqat və Nəşr Siyasətinin Təhlili Departamentinin direktoru Damyan Krneviç institutun “YouTube” kanalında yayımlanan “IDTalks”da bildirib.

D.Krneviç qeyd edib ki, Fransa iki ölkə arasında sülh prosesinə qoşulmağa çalışır. Digər tərəfdən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bir ildən artıqdır bu işdə kifayət qədər uğurla iştirak edir:

“Digər məsələ Makron və Mişelin Fransa prezidentinin danışıqlar prosesində iştirak etmək üçün o qədər də ciddi hüquqi mövqeyə malik olmadığına dair razılığa gələ bilib-bilməyəcəyidir. Mişel Makronu prosesə qarışmamağa, və ya ən azı Avropadaxili münasibətlərə ziyan vurmadan geri addım atmağa inandıra biləcəkmi?”

ABŞ Dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Lyuis Bononun Bakıya son səfərini şərh edən politoloq vurğulayıb ki, o, Amerikanın sülh prosesinin vasitəçisi kimi roluna çox ciddi yanaşır.

“O (Bono – red.) prosesin xətti olmadığını aydın şəkildə anlayır”, – deyən D.Krneviç əlavə edib ki, Ermənistan, Rusiya və Avropa faktorlarının olması anlayışı mövcuddur.

D.Krneviç Rusiya ilə ABŞ arasında Cənubi Qafqaz regionunda sülh prosesinə təsir edə biləcək maraqların ciddi toqquşmasını görmür.

“Hər iki tərəfdə sülhün bərqərar olması iradəsi olarsa, amerikalılar və avropalılar, eləcə də Rusiya faydalı ola bilər”, – o əlavə edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir