Cəbrayıl rayonunun Soltanlı kəndi Arazboyu düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və üzümçülük olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandallar işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Soltanlı kəndinin görüntülərini təqdim edir.
www.RIA24.az