Putin Ərdoğanla Qarabağla bağlı üçtərəfli görüşün nəticələrini müzakirə etdi

Siyasət

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

TASS xəbər verir ki, onlar Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla keçirilən görüşün əsas nəticələri barədə danışıblar.

Bildirilir ki, Ərdoğan Dağlıq Qarabağda vəziyyətin nizamlanmasında Rusiyanın səylərini dəstəklədiyini qeyd edib.

Onlar eyni zamanda, birgə peyvənd istehsalı və istifadəsi planları da daxil olmaqla pandemiya ilə mübarizə mövzusuna da xüsusilə toxunublar.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir