Türkiyədə futbolunda qəribə cəza: “Fənərbağça” futbolçusunu topa görə cərimələyib

Dünya


 “Fənərbağça”nın futbolçusu Serdar Dursun klubu Türkiyə Futbol Federasiyasına şikayət edib.

31 yaşlı hücumçu İstanbul təmsilçisinin onu haqsız cərimələməsindən narazı olub. Ancaq federasiya klubun qərarını düzgün hesab edib. S.Dursunun apellyasiya şikayəti də təmin edilməyib.

Serdarın klub tərəfindən cəzalandırılmasına gəlincə, bu, mövsümün əvvəlində futbolçunun sosial şəbəkə hesabındakı paylaşımına görə olub. O, istifadə etdikləri topdan narazı olduğunu bildirdiyi bir paylaşım edib. Klub bunu bəyənməyib və futbolçusunu 15 min avro cərimələyib.

Mənbə: “Sporx”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir