“Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir”.
“Report”un xəbərinə görə, bunu politoloq və ərəbşünas, Elmi Araşdırmalar üzrə Fransa Milli Mərkəzində fəxri baş elmi işçi Fransua Burqat Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Fransada islamofobiyanın olmasının üç əsas səbəbi var:
“Fransa artıq xristian yox, xristianlıqdan azad edilən cəmiyyətdir. Fransada olan islamofobiyanın digər bir səbəbi “Fransa üslublu dünyəvilik”dir. Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir. 10 il əvvəl müsəlmanlarla bağlı kiçik bir mübahisə olsa, onu kriminallaşdırardılar. Artıq Fransa hərəkətləri yox, düşüncələri kriminallaşdırır”.
Fransalı politoloq bildirib ki, ilk dəfədir ki, Azərbaycana səfər edib:
“Azərbaycanda özümü yaxşı hiss edirəm”.
www.RIA24.az