İçərişəhərdə “Ənənəvi Novruz” adlı festival keçirilib.
“Report” xəbər verir ki, festival tarixi Haci Bani hamamında yerləşən ABAD etno-butikində baş tutub.
İnteraktiv festivalda qonaqlara meydan tamaşaları, rəngarəng oyunlar (yumurta döyüşü və s.), qədim el sənətləri, xalq mahnıları və rəqsləri, Novruz şirniyyatları, eləcə də ABAD-ın bir neçə yenilikləri təqdim olunub.
Novruz falı və ustad dərsləri xüsusi marağa səbəb olub.
Döyüşün qalıbləri isə ABAD-dan suvenir hədiyyələr qazanıblar.
www.RIA24.az