Fransada aylardır etirazlara səbəb olan pensiya islahatı Senatda təsdiqləndi

Dünya


Pensiya yaşının mərhələli şəkildə 64-ə çatdırılmasını nəzərdə tutan islahatla bağlı qanun layihəsinin yekun mətni ikinci dəfə Fransa Senatında müzakirəyə çıxarılıb.

193 nəfər qanun layihəsinin lehinə, 114 nəfər əleyhinə səs verib, 38 senator bitərəf qalıb.

Qanun layihəsi parlamentin digər qanadı olan Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, pensiya sistemində islahat layihəsi yanvarın ortalarında Fransanın baş naziri Elizabet Born tərəfindən təqdim edilib. Bu, pensiya yaşının 64 yaşa qədər artırılması ilə yanaşı, minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və bir sıra xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutur.

Yanvarın 19-dan ölkə daxilində mübahisəli islahat əleyhinə çoxsaylı tətil və etiraz keçirilir.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir