“Nizami Gəncəvi Azərbaycanın dahi şairidir. O, 1141-ci ildə Azərbaycanın Gəncə şəhərində dünyaya göz açdığı üçün Nizami Gəncəvi adı ilə tanınıb. Nizaminin azərbaycanlı olması çoxdan sübut edilmiş bir faktdır və buna işarə edən kifayət qədər dəlil var”.
Bu fikirlər Kazan Federal Universitetində keçirilən “Nizami Gəncəvi və Türk dünyası” adlı konfransda səsləndirilib.
Tatarıstandakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Bəhram Mustafayev Nizaminin özünün dəfələrlə dediyi bir fikri xatırladıb:
“Əsərlərimi hara aparsalar da, bilinəcək ki, onlar Gəncənindir”.
Daha ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az