“Rusiya-Ukrayna müharibəsi dünyanın ərzaq bazarında görünməmiş şok yaradıb”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti barədə hesabatı təqdim edərkən deyib.
Baş nazir bildirib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi Prezident tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub.
Əli Əsədov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edib.
“2022-ci ildə ölkədə 133,8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub, il ictimai həyatın bütün sahələrində aparılan islahatlarla yadda qalıb”, – deyə o qeyd edib. Hazırda strateji valyuta ehtiyatlarımız 62,5 milyard ABŞ dolları təşkil edir”, – deyə o əlavə edib.
Aqşin Kərimov
www.RIA24.az