İran XİN-in rəhbəri Cavad Zərif yanvarda Moskvaya səfərə gələcək. Bu barədə Zərifin rusiyalı həmkarı Sergey Lavrov məlumat verib.
Belə ki, Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan Al Səudla Rusiya XİN rəhbərinin Moskvada keçirilən görüşündən sonra təşkil olunmuş mətbuat konfransında S.Lavrov “Yeri gəlmişkən, yanvarda İran xarici işlər naziri Cavad Zərifin də Moskvaya səfəri gözlənilir”, – deyə bildirib.
Qeyd edək ki, bir qədər əvvəl İranın Rusiya Federasiyasındakı səfirliyi də C.Zərifin Moskvaya mümkün səfəri barədə məlumat vermişdi.