Yumruq, cırmaq, söyüş: Abşeronda qadın müstəntiqlərə xəsarət yetirdi

Kriminal


Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Təyyarə İslamovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. Təyyarə İslamovanın barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılıb.

İttihama görə, hadisə 16 fevral 2022-ci il tarixdə, saat 19 radələrində Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində, xidməti iş otağında qeydə alınıb.

Belə ki, Təyyarə İslamova idarənin otağına gələrək özünün xəsarət alması ilə bağlı istintaqı aparılan cinayət işinə müstəntiq Sakit Quliyevin (şərti) düzgün baxmadığını bəhanə edib. Qadın otaqda müstəntiq və qeyrilərinin ünvanına uca səslə söyüş söyüb, otaqda olan stulları aşırıb. Bu zaman səs-küyə həmin otağa müstəntiq, zərərçəkmiş Vüqar Əliyev (soyadı şərti) gəlib, onu nizam-intizama dəvət edib. Lakin Təyyarə qəsdən Vüqar Əliyevin sifətinə yumruq vurub. Nəticədə o, müstəntiqin burun nahiyəsinin qançırı, üst dodağın selikli qişasının səthi əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarət yetirib.

Cinayət materiallarında qeyd edilib ki, həmin vaxt qadının qərəzli hərəkətlərinin qarşısını almağa çalışan digər müstəntiq, zərərçəkmiş Həsən Bilalov (şərti) da otağa gəlib. O, həmin şəxsə də müqavimət göstərib zor tətbiq edərək, dırnaqları ilə müstəntiqin boyun nahiyəsini cırmaqlayıb. Nəticədə Təyyarə İslamova Həsən Bilalova boyun nahiyəsinin sıyrıqlarından ibarət sağlamlığa zərər vurmayan xəsarət yetirib. Həmçinin müstəntiqin əynindəki uniformanın düymələrini qoparıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir