Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Kriminal


Gəncə şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Hüseyn Faiq oğlu Abdullayevə məxsus çörək istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. 

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənən və dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi, xammalların çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir