Tanzaniyada yoluxduğu yeddi nəfərdən beşini öldürən qorxulu xəstəlik yayılıb

Dünya


Tanzaniyada naməlum təhlükəli xəstəlik aşkarlanıb. 

Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

Xəstəliyin ilkin əlaməti kimi qızdırma, qusma, qanaxma və qaraciyər çatışmazlığı göstərilir.

O da bildirilir ki, yeddi nəfərdə yoluxma aşkarlanıb, onlardan beşi həyatını itirib.

Məlumatda deyilir ki, xəstəlik yoluxucu xarakter daşıyır, xəstəliyin növünü müəyyən etmək üçün ölənlərin cəsədlərindən nümunələr götürülüb.

Mənbə: NTV

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir