Sankt-Peterburqda sürücü mikroavtobusu insanların üzərinə sürdü – VİDEO

Dünya


Rusiyanın Sankt-Peterburq şəhərində sürücü mikroavtobusu piyadaların üzərinə sürüb.

Aralarında uşaqların olduğu insanlar piyada zolağını keçmək üçün dayanıblarmış.

Qəza nəticəsində yaralanan üç böyük və üç uşaq xəstəxanaya çatdırılıb. İki uşağın vəziyyəti orta-ağır, bir böyük və 2013-cü il təvəllüdlü bir qızın vəziyyəti ağırdır. İstintaq davam edir.

Mikroavtobusun sürücüsü saxlanılıb. Onun barəsində yol hərəkəti qaydalarını pozduğuna görə cinayət iş başladılıb.

Mənbə: “Mash” “Telegram”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir