Makron öz əli ilə Ərdoğana məktub yazıb: “Dəyərli Tayyib…”

Siyasət

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistan səfərindən qayıdarkən təyyarədə maraqlı açıqlamalar verib.

“Sabah” qəzetinin verdiyi məlumata görə, XİN rəhbəri bildirib ki, Fransa prezidenti E.Makron əl yazısı ilə Türkiyə prezidenti R.T.Ərdoğana məktub yazıb.

“İki gün öncə Makronun məktubunu aldıq. Məktub “Dəyərli Tayyib” sözlərilə başlayır və çox səmimi bir tərzdə yazılıb. Məktubda Fransa prezidenti iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək niyyətini ifadə edib. Bununla yanaşı, Makron Ərdoğanla görüşmək istədiyini qeyd edib. Prezidentimiz də görüşə razılıq verib. Əlbəttə ki, söhbət hələ ki, videokonfrans formatında görüşdən gedir”, – deyə Çavuşoğlu bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir