Seçkilərlə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyinin iş qrafikində dəyişiklik – FOTO

Siyasət


Türkiyənin Bakıdakı səfirliyinin konsulluq şöbəsi növbəti iki həftə ərzində xidmətini davam etdirəcək.

Bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.

“Xaricdəki Seçici Reyestrində seçicilərin qeydiyyatı və dəqiqləşdirilmə işləri 20 mart – 2 aprel tarixlərində aparılacaq. Qeyd olunan müddət ərzində seçici qeydiyyatını yeniləmək istəyən vətəndaşlarımız üçün səfirliyin konsulluq şöbəsi bu həftənin sonunda olduğu kimi, növbəti iki həftəsonu (25-26 mart və 1-2 aprel) ərzində də xidmət göstərəcək”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, mayın 5-7-də səfirlikdə ölkəmizdə yaşayan Türkiyə vətəndaşları üçün parlament və prezident seçkilərində səsvermə imkanı yaradılacaq.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir