Beynəlxalq Donorlar Konfransında Türkiyə və Suriyaya 7 milyard avroluq yardım vəd edildi

Dünya


Fevralın 6-da Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkənlər üçün Belçikanın paytaxtı Brüsseldə Aİ-nin dövri sədri olan İsveç tərəfindən təşkil edilən Beynəlxalq Donorlar Konfransı başa çatıb.

Konfransın bağlanışında çıxış edən İsveçin Baş naziri Ulf Kristersson Türkiyə və Suriyadakı zəlzələ qurbanları üçün Beynəlxalq Donorlar Konfransında təqribən 7 milyard avro yardım öhdəliyi götürüldüyünü bildirib.

Zəlzələlərdən zərər çəkənlərin tək olmadığını və dəstəyin davam edəcəyini ifadə edən Kristersson yardımlarda geniş iştirakın vacibliyini vurğulayıb.

“Bu konfrans yalnız başlanğıcdır. Qarşıda bizi çox işlər gözləyir. Gələcək həftələr, aylar və illərdə də birlikdə işləməyə davam edəcəyik”, – deyə İsveçin baş naziri bəyan edib.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir