Qarabağ müharibəsindən sonra yeni bir yaxınlaşma mərhələsi başlayıb.
Bu barədə Türkiyədə Bozok Universitetinin dekanı, “Haber Türk” saytının köşə yazarı, professor Kürşad Zorlu “Twitter” hesabında yazıb.
O bildirib ki, Qarabağla bağlı üç mühüm kitab Türk Akademiyası tərəfindən Qazaxıstan türkcəsinə tərcümə edilib və tanıdılıb.
Professor “Buradakı bütün xəbər kanallarında nümayiş olunduğunu müşahidə etdim. Bu körpüləri daha da gücləndirməyin vaxtı gəldi!”, – deyə qeyd edərək mərasimlə bağlı foto paylaşıb.
Karabağ savaşının ardından yeni bir yakınlaşma evresi başladı. Karabağ hakkındaki 3 önemli kitap Türk Akademisi tarafından Kazakistan Türkçesine çevrilerek tanıtıldı. Ve buradaki haber kanallarının tümünde gösterildiğini gözlemledim. Bu köprüleri daha da sağlamlaştırma vaktidir! pic.twitter.com/qzDPJMj1pO
— Prof.Dr. Kürşad ZORLU (@zorlu77) January 15, 2021