Qubada keçmiş polis əməkdaşının avtomobillə vurduğu kişi beş gün sonra öldü

Kriminal


Qubada sabiq polis əməkdaşının avtomobillə vurduğu 82 yaşlı kişi beş gün sonra ölüb.

APA xəbər verir ki, hadisə Alekseyevka kəndi ərazisində baş verib.

1992-ci il təvəllüdlü, əvvəllər Quba RPŞ-nin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidmətinin polis nəfəri vəzifəsində işləmiş Heydərov Firuz Abdulla oğlu martın 15-də idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə 1941-ci il təvəllüdlü Babəliyev Hacıağa Mərdəli oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir