Ərdoğan: “Türkiyə hərbi münaqişələrdə asanlıqla tərəf tutmayacaq” – VİDEO

Dünya


Türkiyəni hərbi münaqişələrdə tərəf tutmağa məcbur etmək asan deyil.

Bunu çərşənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə mediasına müsahibəsində deyib.

Dövlət başçısının çıxışı onun “Twitter” səhifəsindən yayımlanıb.

“Mən xalqa müraciət etmək istəyirəm. Türkiyə hərbi münaqişələrdə asanlıqla tərəf tutmayacaq. Türkiyə həmişə sülhün tərəfdarı olacaq, onu müdafiə edəcək, qlobal sülhün möhkəmləndirilməsi üçün addımlar atacaq. Əslində, Rusiya-Ukrayna münaqişəsində bizim vəzifəmiz də elə budur”, – deyə Ərdoğan bəyan edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir