26 yaşlı gəncin sizin köməyinizə ehtiyacı var

Cəmiyyət


26 yaşlı Zəfərin sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun özü məlumat verib.

Zəfər Hacıbalayev bildirib ki, serebral iflic və ağır dərəcəli skoliozdan əziyyət çəkir:

“Durumum günbəgün daha da ağırlaşır, ağrılar artır, nəfəsalmamda çətinliklər yaranıb, nəfəs darlığı, sanki boğulmalar baş verir. Son vaxtlar yatarkən belə çox əziyyət çəkirəm, onurğamda, qabırğalarımda bəzən elə şiddətli ağrılar olur ki. Bunu izah etməyə çətinlik çəkirəm. Səhhətim məni sınağa çəkir. Ancaq ümidliyəm, nikbinəm hər şeyə rəğmən, heç vaxt ümidimi, inamımı itirmədim bu illər ərzində, hər zaman güclü qalmağa çalışdım, güclü olmağı sevirəm”.

Zəfər Hacıbalayev müalicə və əməliyyat üçün gərəkli olan məbləğin böyük əksəriyyəti toplansa da 2 700 manatlarının çatmadığını qeyd edib.

Ona kömək etmək istəyənlər aşağıda qeyd edilən kart hesabı vasitəsilə yardımlarını yollaya bilərlər. 

Kapital Bank: 4169 7385 7996 4788

Əlavə məlumat almaq üçün +994 10 213 19 51 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir