Son 24 saat ərzində İtaliyanın Lampeduza adasına 2 000-dən çox miqrant gəlib ki, bu da ölkə üçün rekord göstəricidir.
Mənbə iddia edir ki, miqrantların əksəriyyəti Qvineya, Burkina Faso, Kot-d’İvuar və Malidəndilər.
Məlumatda həmçinin qeyd olunur ki, Lampeduzada miqrantların qəbulu mərkəzinin maksimal tutumu təxminən 400 nəfərdir.
Hələlik İtaliyanın hökumət qurumları ölkəyə gələn rekord sayda miqrantlarla əlaqədar açıqlama verməyib.
Mənbə: ANSA
www.102info.az