Göyçayda 38 yaşlı kişi intihar edib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Şahsoltanlı kənd sakini, 1985-ci il təvəllüdlü Həmidov Rəhim Nazir oğlu yaşadığı evdə özünü asıb.
Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Rəhim Həmidovun özünə qəsd etməsinin səbəbi hələ ki bilinmir. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
www.102info.az