AEBA rəhbəri: “Zaporojye AES-də vəziyyət getdikcə pisləşir”

Dünya


“Zaporojye Atom Elektrik Stansiyasında (AES) vəziyyət yaxşılaşmır, əksinə, stansiya ətrafında hərbi əməliyyatlar intensivləşir”. 

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi  Zaporojye AES-ə səfəri zamanı mətbuata açıqlamasında bildirib. 

O, həmçinin BAEA-nın Zaporojye AES-də fəlakətin qarşısını almaq üçün bütün tərəflərin razılaşdıra biləcəyi real tədbirlər təklif etmək niyyətini açıqlayıb. Onun sözlərinə görə, təşkilat Zaporojye AES-in ətrafındakı ərazinin deyil, onun özünün mühafizəsi ilə bağlı konsepsiya hazırlayır. 

Bu, BAEA rəhbərinin Rusiyanın Ukraynaya hücumundan bəri Zaporojye AES-ə ikinci səfəridir. O, bundan əvvəl stansiyaya 2022-ci ilin sentyabrında baş çəkmişdi. 

Mənbə: ZN,UA

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir