Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, yolu keçən piyada, 1982-ci il təvəllüdlü Məhərrəmova Səlimə Ələddin qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş beyinin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az